12/11/2019 19:01

Naxçıvan qarnizonu həyəcan siqnalı ilə qaldırılıb – VİDEO

Azərbaycan Ordusu miqyasında keçirilən əməliyyat təlimi çərçivəsində Naxçıvan Qarnizonu qoşunlarının birləşmə və hissələri həyəcan siqnalı ilə qaldırılaraq döyüşə hazırolma dərəcəsinə gətirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Üç mərhələdə keçirilən təlimdə birinci eşelon bölmələrinin şərti düşmənin qəfil hücumlarının dəf edilməsi üzrə fəaliyyətləri, birlik, birləşmə və hissələrin hərbi idarəetmə orqanlarının ərazidə açılması və idarəetməni öz üzərinə götürməsi, səfərbərlik ehtiyatlarından döyüş hazırlığını təyin edən mütəxəssislərin və texnikaların qismən qəbulunun təşkili, ümumqoşun, tank, desant və diversiya əleyhinə ehtiyatların döyüş atışlı taktiki təlimdə praktiki fəaliyyətləri məşq etdirilir.