19/08/2019 17:31

Naxçıvan Qarnizonu qoşunlarında komanda-qərargah təlimi başlayıb

Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planına əsasən növbəti komanda-qərargah təlimi başlayıb.

Bu barədə “AzeriDefence” “Nuhçıxan”a istinadən məlumat verib.

Təlim çərçivəsində “Həyəcan” siqnalı ilə cəmləşmə rayonlarına çıxarılan qoşunların idarə olunması praktiki həyata keçirilir.

Ərazidə əməliyyatların qərargahlar tərəfindən planlaşdırılmasından sonra qəbul edilmiş qərarlar Simulyasiya mərkəzində kompüterlər üzərində icra ediləcək.

Təlim avqustun 24-dək davam edəcək.