18/02/2019 21:07

Naxçıvan Qarnizonu qoşunlarında komanda-qərargah təlimi başlayıb

Naxçıvan Qarnizonu qoşunlarında 2019-cu tədris ilinin ilk komanda-qərargah təlimi başlayıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Həyəcan” siqnalı ilə cəmləşmə rayonlarına çıxarılan qoşunların idarəetmə sistemləri vasitəsilə idarə olunması praktiki həyata keçirilir. Üç pilləli komanda-qərargah təlimi iki mərhələdə icra edilir.

Təlim fevralın 23-dək davam edəcək.