10/11/2019 15:37

Naxçıvan Qarnizonu qoşunlarında növbəti snayper hazırlığı kursu başa çatıb

Naxçıvan Qarnizonu qoşunlarında növbəti snayper hazırlığı kursunun başa çatması münasibətilə mərasim keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Mərasimdə bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun təlimatçı qismində iştirak etdiyi kursda hədəfləri dəqiqliklə məhv etməyi bacaran peşəkar snayperlər yetişdirilib.

Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib.

Kurs birincisi tərəfindən xatirə lövhəsinə buraxılış emblemi vurulub və məzunlarla xatirə şəkli çəkdirilib.