16/03/2019 20:49

Naxçıvan Qarnizonu Qoşunlarının komanda-qərargah təlimi başa çatıb – VİDEO

Naxçıvan Qarnizonu Qoşunlarının növbəti ikitərəfli komanda-qərargah təlimi başa çatıb.

“AzeriDefence”nin “Nuhçıxan”a istinadən verdiyi məlumata görə, Naxçıvan Qarnizonu Qoşunlarının komanda qərargah təlimi yaranmış mürəkkəb əməliyat şəraitində döyüşün və onun hərtərəfli təminatının təşkili üzrə idarəetmə orqanlarının uzlaşmış və operativ fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə keçirilib.

Təlimin gedişində qərargahlar tərəfindən birgə idarəetmə orqanlarının yaradılması, qoşunların döyüşün planlaşdırılması və aparılması zamanı praktiki olaraq idarə edilməsi kimi müxtəlif suallar işlənilib.

Ssenariyə uyğun olaraq bölmələrin sərhəd pozuntusunun qarşısının alınmasıyla praktiki fəaliyətə başladıqları təlim, sərhəd pozucularının müxtəlif üsullarla aşkar edilərək zərərsizləşdirilməsi və təxliyəsi ilə davam edib.

Düşmənin kəşfiyat diversiya qruplarının dövlət və xüsusi əhəmiyətli obyektlərdə törədə biləcəkələri diversiya fəaliyətlərinin qarşısının alınması məqsədi ilə “Naxçıvan” Əlahiddə Əməliyat briqadasının xüsusi təyinatlı qrupları həmin obyektləri mühafizə götürüb, təhlükəsizliyini təmin edib, Mülkü Müdafiə alayının təcrübəli heyəti obyektdə baş vermiş yanğını söndürüb.

Digər istiqamətdə diversiya fəaliyətlərinin qarşısını almaq üçün bölmələr sudan, havadan və qurudan hərəkətə başlayaraq düşmənin kəşfiyat diversiya qruplarını yüksəkliyin ətəyinə doğru sıxışdıraraq məhv edib.

Yaranmış şəraitdən yararlanmağa çalışaraq, bölmələrimizin müdafiə dərinliyinə soxulmağa cəhd edən düşmənin yandan keçmə dəstələrinə  əlverişli hədlərə çıxarılmış birləşmələrimizin döyüş düzülüşünün digər elementlərinin gücü ilə atəş zərbələri endirilib, motoatıcı və tank bölmələrinin aktiv manevri ilə məhv edilməsi başa çatdırılıb.

Motoatıcı, artilleriya, aviasiya, hava hücumundan müdafiə, rabitə, mühəndis birləşmə və hissələri ilə yanaşı, “Naxçıvan” Əlahiddə Sərhəd diviziyasının, “Naxçıvan” Əlahiddə Əməliyat briqadasının, Mülkü Müdafiə alayının və Muxtar Respublikanın digər güc strukturlarının bölmələrinin cəlb edilməsi ilə keçirilən Naxçıvan Qarnizonu Qoşunlarının ikitərəfli Komanda-Qərargah təliminə qarnizonun Təlim Tədris Mərkəzində yekun vurulub.

Təlimin nəticələri idarəetmə orqanlarının, komandirlərin və qərargahların yüksək hazırlıq səviyyəsinə malik olduqlarını göstərib.

Təlim Qarnizon qoşunlarının uzlaşmış fəaliyətinin təmin edilməsi, komandir və qərargahların yaranmış mürəkkəb əməliyat şəraitində düzgün qərar qəbul etmə bacarıqlarını təkmilləşdirilməsində mühüm rol oynayıb.