18/11/2017 23:11

Naxçıvan Qarnizonunun qoşunları cəmləşmə rayonlarına çıxarıldı – VİDEO

Azərbaycan Silahlı Qüvvələrində keçirilən komanda-qərargah hərb oyunları çərçivəsində Naxçıvan Qarnizonunun qoşunları fəaliyyətlərini davam etdirir.

“AzeriDefence” “Naxcivantv”yə istinadən Naxçıvanda davam edən komanda-qərargah hərb oyunlarının videogörüntüsünü təqdim edir.

Komanda-qərargah hərb oyunlarının planına uyğun olaraq praktiki fəaliyyətə cəlb olunan birləşmə və hissələr müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilməsi üçün cəmləşmə rayonlarına çıxarılıb.

Təyin edilmiş məntəqə rayonlarında idarəetmə məntəqələri açılaraq qoşunların idarə edilməsi həyata keçirilib. Idarəetmənin bir məntəqədən digərinə ötürülməsi məşq etdirilib.

Birləşmə və hissələrin komplektləşdirilməsi üzrə səfərbərlik tədbirləri qismən yerinə yetirilib. Komplektləşdirmə zamanı bəzi azsaylı ixtisaslı hərbi vəsifəlilərin çağrışı praktiki həyata keçirilib.

Komanda-qərargah hərb oyunları noyabrın 20-dək davam edəcək.