08/06/2017 12:44

Naxçıvanda Azərbaycan-Türkiyə hərbi təlimi keçiriləcək

İyun ayının 12-dən 15-dək Naxçıvanda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin iştirakı ilə döyüş atışlı hərbi təlim keçiriləcək.

Bu barədə “AzeriDefence”yə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından məlumat verilib.

Təlimin birinci mərhələsi may aynın 1-dən 5-dək Bakıda keçirilib. Təlimə Türkiyədən bir piyada bölüyü (104 hərbi qulluqçu) qatılıb.

Təlimin məqsədi Türkiyə və Azərbaycanın Quru Qoşunları arasında dostluq, əməkdaşlıq və koordinasiyanı inkişaf etdirmək, təcrübə mübadiləsi aparmaq və birgə fəaliyyətin təşkilidir.