27/08/2016 16:12

Naxçıvanda Ermənistana məxsus PUA məhv edilib – VİDEO

Naxçıvan Muxtar Respublikası istiqamətində Azərbaycanın hava məkanını pozmağa cəhd edən Ermənistana aid PUA məhv edilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Naxçıvan Muxtar Respublikasının hava sərhədini pozmağa və Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistana məxsus pilotsuz uçuş aparatı Əlahiddə Ümumqoşun Ordusu hava hücumundan müdafiə bölmələrinin döyüş növbətçiliyi aparan atəş vasitələri tərəfindən məhv edilib.