14/09/2019 23:58

Naxçıvanda ikitərəfli üçpilləli komanda-qərargah təlimi keçirilib

Naxçıvan Qarnizonu qoşunlarında ikitərəfli üçpilləli komanda-qərargah təlimi keçirilib.

Bu barədə “AzeriDefence” “Nuhçıxan” Agentliyinə istinadən məlumat verib.

Təlimin birinci mərhələsində qoşunların müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi üçün birləşmə və hissələr “Təlim-döyüş həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb. Təlimin döyüş atışlımərhələsində ən müasir rabitə və idarəetmə vasitələri ilə təchiz edilmiş bölmələr döyüş atışlarını yerinə yetiriblər. Təlim rayonlarında hava hücumundan müdafiə və raket-artilleriya bölmələrinin təyin edilmiş hədəfləri məhv etmələri topçu və zenitçilərin peşəkarlığını bir daha nümayiş etdirib.

Komanda-qərargah təlimininüçüncü mərhələsində Naxçıvan Qarnizonunun Simulyasiya mərkəzində qəbul edilmiş qərarlar kompüterlər üzərində xüsusi proqram vasitəsilə oynanılıb.Təlimin sonunda icra edilmiş fəaliyyətlərin təhlili aparılıb.

Yekunda bildirilib ki, “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən keçirilənkomanda-qərargah təlimində qarşıya qoyulmuş tapşırıqlar tam həcmdə yerinə yetirilib, komandir və qərargahların döyüşü idarəetmə vərdişlərinin daha da təkmilləşdirilməsi istiqamətində böyük təcrübə qazanılıb.