28/11/2015 15:48

Naxçıvanda T-122 “Sakarya” raketləri ilə atışlar keçirilib

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun artilleriya bölmələrinin T-122 “Sakarya” reaktiv yaylım atəş sistemləri ilə praktiki atışları keçirilib.

Bu barədə “AzeriDefence” Müdafiə Nazirliyinin “Azərbaycan Ordusu” qəzetinə istinadən məlumat verib.

Təlim zamanı pilotsuz uçuş aparatları vasitəsi ilə hava kəşfiyyatı aparılıb. T-122 “Sakarya” sistemindən 122 mm-lik artırılmış mənzilli raketlərlə açılan atəş zamanı hədəflər yüksək dəqiqliklə məhv edilib.

Qeyd edək ki, bir T-122 “Sakarya” sistemi ilə düşmənin 40 km uzaqlıqdan bir taborunun cəmləşmə rayonunu məhv etmək olar.

T-122 “Sakarya” reaktiv yaylım atəş sistemi Türkiyənin ROKETSAN şirkətinin istehsalıdır.