13/11/2017 16:40

Nazir Kəmaləddin Heydərov “Dubai Airshow 2017” sərgisində iştirak edib

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Dubai Airshow 2017” beynəlxalq aviasiya sərgisində iştirak edib.

“AzeriDefence” FHN-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 12-16 noyabr tarixlərində keçirilən “Dubai Airshow 2017” sərgisi ən böyük beynəlxalq aviasiya sərgisi hesab olunur.

Sərgidə  dünyanın 60-dan çox ölkəsindən 1200-dən artıq eksponat, 160-dan çox müasir təyyarə nümayiş etdirilir. “Dubai Airshow” sərgisində mülki, hərbi və ümumi təyinatlı aviasiya, kosmik texnika, biznes, təyyarədə təhlükəsizlik, yük aviadaşımaları, aeroportlar üçün həllər, hərbi texnika, texnologiya və aviasiya sənayesində texnologiyalar üzrə pavilyonlar yaradılıb.