Nazir müavini Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ilə görüşüb

Sentyabrın 27-də müdafiə sənayesi nazirinin müavini Tofiq Rəfiyev “ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyinin strateji təhlil departamentinin rəisi general-mayor Obaid Al Şamsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“AzeriDefence”nin məlumatına görə, görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Obaid Al Şamsi “ADEX-2018” sərgisinin yüksək səviyyədə təşkil olunduğunu bildirib.