17/12/2018 10:29

Nazir müavini: İxrac olunan müdafiə təyinatlı məmulatların həcmi 9.2% artıb

Son bir ildə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) tərəfindən xaricə ixrac edilmiş məmulatların həcmində 9,2 faiz artım olub.

“AzeriDefence”nin məlumatına görə, bu barədə müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində bildirib.

Yəhya Musayev qeyd edib ki, müxtəlif növ müdafiə təyinatlı məmulatların ixracı üzrə müqavilələr bağlanıb və icrasına başlanılıb. Hazırda Müdafiə Sənayesi Nazirliyinin müəsisələrində yaradılan və istehsal olunan müxtəlif növ döyüş sursatlarının, müasir atıcı və artilleriya silahlarının, zirehli texnikaların, xüsusi təyinatlı patrul maşınının və digər məmulatların ixracı həyata keçirilir.