22/06/2018 21:42

Nazir: Orduya 21 min nəfərədək mülki işçi qəbul edilib

Azərbaycan Ordusunda yardımçı təminat sahələrinə 21 min nəfərədək mülki işçi qəbul edilib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirib.

Nazir bildirib ki, bu addım şəxsi heyətin təsərrüfat işlərindən azad olunmasını təmin etmək məqsədilə atılıb.

“Mülki heyətin yardımçı vəzifələrə qəbulu orduda döyüş hazırlığının optimallaşdırılması istiqamətində atılan ən vacib addımlardandır”, – deyə nazir qeyd edib.