24/09/2014 06:03

NCAC: CAR Azərbaycana 40 ədəd snayper tüfəngi satıb

Azərbaycan 2012-ci ildə CAR-dan 40 ədəd snayper tüfəngi satın alıb. “AzeriDefence”nin məlumatına görə, bu barədə CAR-ın NCAC (National Conventional Arms Control Committee) komitəsinin hesabatında bildirilib.

Snayper tüfəngləri CAR-ın “Truvelo” şirkətindən alınıb. Alğı-satqı müqaviləsinin dəyəri 3 800 000 CAR randıdır (341 171 USD).

CAR Azərbaycanla yanaşı 2012-ci ildə Ermənistana 100 ədəd tapança-pulemyot satışını həyata keçirib.