20/01/2015 11:42

Nəcməddin Sadıkov NATO-nun toplantısında iştirak edəcək

Azərbaycan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO Hərbi Komitəsinin sədri general Knut Bartelsin dəvətilə bu qurumun iclasında iclasında iştirak edəcək.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yanvarın 21-də Brüssel şəhərində keçiriləcək toplantıda NATO-nun “Qətiyyətli Dəstək” Missiyasına töhfə verən ölkələrin qərargah rəisləri səviyyəsində keçiriləcək görüşdə Əfqanıstandakı siyasi vəziyyət, əməliyyat şəraitindəki dəyişikliklər, onların Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinə təsiri və s. mövzular ətrafında müzakirələr aparılacaq.