26/05/2015 17:51

Nəcməddin Sadıkov Soçiyə gedib

Azərbaycan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov MDB üzvü olan dövlətlərin silahlı qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak etmək üçün mayın 26-da Rusiyanın Soçi şəhərinə yola düşüb.

“AzeriDefence”nin Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumatına görə, mayın 27-də keçiriləcək görüşdə nümayəndə heyətlərinin rəhbərləri müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.