26/04/2017 19:13

Nəcməddin Sadıkov ASDA-2017 beynəlxalq müdafiə sərgisində iştirak edib -FOTO

Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Xorvatiya Respublikasının Split şəhərində keçirilən 4-cü “Adriatik Dəniz Müdafiə və Hava Məkanı Sərgisi”ndə (ASDA-2017) iştirak edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xorvatiya Müdafiə Nazirliyinin sponsorluğu və dəstəyi ilə keçirilən bu tədbirin məqsədi hərbi sənaye mütəxəssisləri və istehsalçıları ilə bu sahənin liderlərini, icraçılarını və siyasətini təyin edən rəsmilərini bir araya gətirmək və satınalma sahəsində müasir müdafiə texnologiyalarını müzakirə etməkdir.

Sərgidə 70-ə yaxın xarici nümayəndə heyəti və 500-dən çox yerli və xarici şirkətlər iştirak edir.

Açılış mərasimində Xorvatiyanın prezidenti, Baş Nazirin müavini – Müdafiə Naziri və digər dövlət və hökumət rəsmiləri iştirak ediblər.

Səfər zamanı general-polkovnik N.Sadıkov sərgi ilə tanış olub və ikitərəfli görüşlər keçirib.