12/03/2019 14:20

Nəcməddin Sadıkov Bolqarıstanın baş naziri ilə görüşüb

Bolqarıstanda səfərdə olan Azərbaycan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov bu ölkənin Baş naziri Boyko Borisov ilə görüşüb.

Bu barədə “AzeriDefence” Bolqarıstan Hökumətinin saytına istinadən məlumat verib.

Görüşdə Azərbaycan və Bolqarıstan arasında hərbi əməkdaşlıq, birgə təlimlərin keçirilməsi və hərbi-təhsil sahəsində tərəfdaşlığın möhkəmləndirilməsi perspektivləri müzakirə olunub.

Baş nazir Borisov Bolqarıstan ilə Azərbaycan arasında yaxşı siyasi və iqtisadi əlaqələrin olduğunu, bütün bunların uğurlu hərbi əməkdaşlıq üçün əsas olacağına ümidvar olduğunu bildirdi.