23/10/2018 19:07

Nəcməddin Sadıkov İsrailin Müdafiə naziri ilə görüşüb

Oktyabrın 23-də Tel-Əviv şəhərində Azərbaycan Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov İsrailin Müdafiə naziri Aviqdor Liberman ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə tərəflər regional təhlükəsizlik, ölkələrimiz arasında hərbi, hərbi-texniki əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.