19/05/2016 00:13

Nəcməddin Sadıkov NATO-nun tədbirində iştirak edib – FOTOLAR

Azərbaycan Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO-nun Mənzil Qərargahında keçirilən görüşlərdə iştirak edib

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzəriDefence”yə verilən məlumata görə, mayın 18-də müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Belçika Krallığının Brüssel şəhərində yerləşən NATO-nun Mənzil Qərargahında NATO-nun Hərbi Komitəsinin “Qətiyyətli Dəstək” və “Uyarlılıq Platforması” formatlarında Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşlərdə iştirak edib.

Görüşlərdə Əfqanıstan İslam Respublikasındakı NATO-nun “Qətiyyətli Dəstək” missiyasının gedişatı və əməliyyat şəraitindəki dəyişikliklər, o cümlədən “Uyarlılıq Platforması” çərçivəsində tərəfdaşlar ilə uyarlılığın artırılması, fərdi uyğunlaşdırılmış yol xəritəsinin tətbiqi, resursların səmərəli idarə edilməsi və hərbi əməkdaşlıqla bağlı digər məsələlər müzakirə edilib.

Səfər zamanı N. Sadıkov NATO-nun Hərbi Komitəsinin sədri general Petr Pavellə, o cümlədən Türkiyə, Gürcüstan və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri ilə görüşlər keçirib.