17/05/2017 19:37

Nəcməddin Sadıkov NATO-nun toplantısında iştirak edib

Mayın 17-də Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov Belçika Krallığının Brüssel şəhərində yerləşən NATO-nun mənzil qərargahında Alyansın Hərbi Komitəsinin “Qətiyyətli Dəstək”  formatında Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşündə iştirak edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Əfqanıstan İslam Respublikasındakı NATO-nun “Qətiyyətli Dəstək” missiyasının gedişi və əməliyyat şəraitindəki dəyişikliklərlə bağlı müzakirələr aparılıb.