05/04/2019 18:20

Nəcməddin Sadıkov Səudiyyə Ərəbistanına səfər edəcək

Azərbaycan Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Səudiyyə Ərəbistanı Krallığı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovailinin dəvəti ilə aprelin 6-da bu ölkəyə rəsmi səfər edəcək.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində dövlət rəsmiləri ilə keçiriləcək görüşlərdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediləcək və regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılacaq.