23/08/2018 20:30

Nəcməddin Sadıkovla Belarusun müdafiə naziri arasında görüş keçirilib – FOTO

Avqustun 23-də Minsk şəhərində Azərbaycan Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovla bu ölkənin Müdafiə naziri general-leytenant Andrey Ravkov arasında görüş keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib.

Tərəflər regional təhlükəsizlik problemləri, eləcə də maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparıblar. Görüşdə hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişafının vacibliyi qeyd edilib və onun genişləndirilməsi istiqamətləri müzakirə olunub.