21/08/2018 19:59

Nəcməddin Sadıkovun Belarusa rəsmi səfəri başlayıb

Avqustun 21-də Azərbaycan Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun Belarusa rəsmi səfəri başlayıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İlk olaraq general-polkovnik N.Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti “Qəhrəman Brest qalası” memorial kompleksini ziyarət edərək burada Əbədi məşəlin önünə əklil qoyub.

Səfər çərçivəsində Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.