25/10/2016 16:17

Nəcməddin Sadıkov Avropa orduları komandanlarının konfransında iştirak edir

Almaniyanın Vizbaden şəhərində “Varşava sammiti və sonrakı dövr” mövzusunda Avropa orduları komandanlarının konfransı keçirilir.

“AzeriDefence” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycanı bu konfransda müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov təmsil edir.

Tədbirdə NATO-nın üzvü və tərəfdaşı olan bir sıra ölkələrin Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri, eləcə də Alyans hərbi strukturlarının rəhbərləri iştirak edir.

Tədbirdə Avropadakı sabitliyə və təhlükəsizliyə olan təhdidlərin aradan qaldırılması üçün Silahlı Qüvvələr arasında hərbi əməkdaşlığın gücləndirilməsi, uyarlılıq səviyyəsinin artırılması, informasiya mübadiləsi, təhlükəsizliyin təmin edilməsi üzrə yeni yanaşmalar və digər mövzulara dair məruzələr dinlənilirək müzakirələr aparılır.