06/11/2017 10:36

Norveç növbəti F – 35 hücum təyyarələrini alıb

Norveç Hərbi Hava Qüvvələri növbəti F-35 döyüş təyyarələrini alıb.

“AzeriDefence” xəbər verir ki, bu haqda Norveç Hərbi Hava Qüvvələrinin mətbuat xidməti rəsmi “Facebook” sosial şəbəkəsi səhifəsində məlumat yayıb.

Məlumatda bildirilib ki, F-35 hücum təyyarələri Erlan aviabazasına gətirilib.

Norveç F-35 təyyarələrinin hazırlamasında iştirak edən ölkələrdən biridir. Norveç Müdafiə Nazirliyi bu təyyarədən 52 ədəd sifariş edib.

Təyyarələrin tam komplektləşdirilmiş vairantda silahlı qüvvələrin arsenalına qəbul edilməsi 2019-cu il üçün planlaşdırılıb.

F-35 “Lightning II” təyyarəsi “Lockheed Martin” şirkəti tərəfindən istehsal edilir və beşinci nəsil döyüş təyyarələri sinfinə məxsusdur. F-35 proqramı çərçivəsində 3000 ədəd təyyarənin istehsalı planlaşdırılır. Onların 2000-dən çoxunu ABŞ Müdafiə Nazirliyi alacaq. Təxminə min ədədi isə, təyyarənin hazırlanmasında iştirak edən ölkələrə ( Avstraliya, Böyük Britaniya, Danimarka, İtaliya, Kanada, Niderland, Norveç və Türkiyə ) həmçinin, satınalmalar proqramına sonradan qoşulan ölkələrə (İsrail və Yaponiya) satılacaq.