01/12/2017 12:34

Norveçin F-35 qırıcıları ABŞ-a məxfi məlumatlar ötürür

Norveçin ABŞ-dan aldığı yeni nəsil F-35 qırıcıları “Lockheed Martin” şikətinin Fort Uerte-də yerləşən mərkəzinə məxfi məlumatlar ötürür.

“AzeriDefence” xarici mətbuata istinadən xəbər verir ki, bu fikirləri Norveç Müdafiə Nazirliyinin baş məsləhətçisi Lars Qyambl deyib.

Norveç ABŞ Hərbi Hava Qüvvələrindən pilotu “fövqəladə hallarda bildiriş” ilə təmin edən proqram təminatını alan ölkələrdən birincisidir. Lakin tezliklə məlum olub ki, “Lockheed Martin” şirkəti məxfi məlumatları avtomatik ötürmə mexanizminə malikdir.

Qeyd edək ki, Norveç ABŞ-dan “Lockheed Martin” şirkətinin istehsalı olan 3 ədəd beşinci nəsil F-35 döyüş təyyarələri alıb və bu təyyarələrdən daha 12 ədədini almaq niyyətindədir. Müqavilənin ümumi dəyəri 8.36 milyard ABŞ dolları təşkil edir.