15/04/2019 19:37

NPOO “OKB TSP” şirkəti yeni “Buk-MB3K” ZRK-ni təqdim edəcək

Belarusun NPOO “OKB TSP” şirkəti may ayının 15-dən 18-dək Minskdə keçiriləcək MILEX-2019 müdafiə sərgisində ilk dəfə “Buk-MB3K” orta uzaqlıqlı yeni zenit-raket kompleksini (ZRK) təqdim edəcək.

“AzeriDefence”nin məlumatına görə, müəssisədə yaradılmış yeni ZRK-nin 9A318K indeksli özüyeriyən buraxıcı sistemi və 9A319K nəqliyat yükləyici maşını açıq pavilyonda nümayiş ettdiriləcək.

Yüksək etibarlılıq və yaxşılaşdırılmış istismar xarakteristikaları yeni ZRK-ni “Buk” əvvəlki nəsil buraxılışlarından önə çıxarır. “Buk-MB3K” qanadlı raketlərdən pilotsuz uçuş aparatlarına qədər yüksək manevrli bütün növ aqrondinamik hədəfləri aşkarlamaq və məhv etmək imkanına malikdir. Müəssisənin açıqladığı məlumata görə bu halda ZRK rəqibin maneə tətbiqi şəraitində vəzifəsinin öhdəsindən gəlməyi bacarır.

NPOO “OKB TSP”nin təcrübəli mütəxəssisləri tərəfindən “Buk-MB3K” kompleksində orta uzaqlığa malik hava hücumundan müdafiə vasitələrinin inkişaf tendensiyalarına cavab verən bir çox yeniliklər tətbiq olunub.

Belə ki ZRK üçün özüyeriyən şassi üzərində S diapazonda çalışan AESA texnologiyasına əsaslanan, 130 km hədəf aşkaretmə uzaqlığına malik yeni radar hazırlanıb. Yeni radar atış vaxtı kanalların miqdarını artırmağa, həmçinin intensiv radioelektron əkstəsir şəraitində hədəflərin müşayiətini təmin etməyə imkan verir. Hədəflərin avtomatik müşayiəti həm radiolokasiya üsulu, həm də tətbiq edilən yeni elektro-optik avadanlığın köməyi ilə həyata keçirilə bilər. Xüsusi metodların və siqnalların işlənməsinin alqoritmlərinin tətbiqi nəticəsində hədəflərin koordinatlarının təyini və akustik portret üzrə onların təsnifləndirilməsi 1,5-2 dəfə yaxılaşdırılıb. Hazırlanmış lokal nəzarət şəbəkəsi bütün sistemlərin etibarlı işini təmin etmklə yanaşı, cihaz və avadanlıqların avtomatik diaqnostikasını həyata keçirir.

Bütün döyüş vasitələri üçün yeni maye kristal monitorlar və rəqəmsal tabloların tətbiq edildiyi avtomatlaşdırılmış iş yerləri hazırlanıb.

ZRK-nin avadanlıqlarının tərkibinə avtomatlaşdırılmış döyüş idarəetmə sistemləri və radara qoşulmasını təmin edən rəqəmsal əlaqə sistemləri daxil edilib.

“Buk-MB3K” ZRK 8×8 təkər formuluna malik MZKT-69225 şassisi üzərində təqdim edilir. Maşında şassinin və aqreqatların idarə edilməsi üçün NPOO “OKB TSP”nin hazırlaması olan bort informasiya-idarəetmə sistemi tətbiq olunur.