25/04/2019 15:44

“Nurol Makina” 1000-dən çox zirehli maşın tədarük edib

Türkiyənin “Nurol Makina” şirkəti tərəfindən bu günədək  1000-dən çox zirehli maşın sifarişçilərə çatdırılıb.

Bu barədə “AzeriDefence”yə “Nurol Makina” şirkətindən məlumat verilib. Məlumatda bildirilib ki, 550-ə yaxın maşının isə tədarükü üçün işlər aparılır.

İstehsal edilmiş zirehli maşınlar arasında “Əjdər” TTZA ailəsinə daxil olan “Yalçın”, TOMA və “Kunter” ilə yanaşı “Yörük” və “İlqaz II” nəqliyyat vasitələri də yer alıb.

“Nurol Makina” şirkəti aprelin 30-dan mayın 3-dək İstanbul şəhərində keçiriləcək İDEF-2019 sərgisində 10 ölkənin istifadəsində üstünlük təşkil edən, bir çox ölkədə də yeni müqavilələr üçün danışıqları aparılan maşın ailəsinin ən son versiyalarını nümayiş etdirəcək.

Şirkət İDEF-2019-da “Əjdər Yalçın”ın iki fərqli konfiqurasiyasını  – SARP uzaqdan idarəolunan silah sistemi ilə təchiz edilən zirehli döyüş maşını və zirehli ambulansı, həmçinin “İlqaz II”, “Əjdər TOMA”, “Əjdər Kunter” və “Yörük” zirehli nəqliyyat vasitələrini nümayiş etdirəcək.