15/08/2017 12:48

NYT: Şimali Koreya raket mühərriklərini Ukraynadan alıb

Koreya Xalq Demokratik Respublikasının raket proqramının inkişafı Ukraynanın “Yujmaş” zavodunda istehsal edilən mühərriklərinin qanunsuz şəkildə bu ölkəyə satışı ilə bağlıdır.

“AzeriDefence”nin məlumatına görə, belə sensasiyalı iddia ilə Beynəlxalq Strateji Tədqiqatlar İnstitunun (IISS) ekspertləri amerika xüsusi xidmət orqanlarının məlumatları əsasında çıxış ediblər.

“The New York Times” qəzetində dərc olunmuş “North Korea’s Missile Success Is Linked to Ukrainian Plant, Investigators Say” məqaləsində yer alan IISS eksperti Maykl Ellemanın fikirlərinə görə, KXDR son iki il ərzində öz raketləri üçün detalların təchizatçısını dəyişib. İndi onları Ukraynadan alır.

“Ehtimal edilir, bu mühərriklər qanunsuz şəkildə Ukraynadan alınıb”, – deyə ekspert bildirib.

“Yujmaş” şirkəti isə bu informasiyanı təkzib edib. Müəssisənin məlumatında Şimali Koreyanın raket proqramları ilə heç bir əlaqənin olmadığı bildirilib.