22/12/2012 13:29

Oman 12 ədəd Eurofighter alır

Oman İngiltərənin BAE Systems şirkətindən 12 ədəd Eurofighter Typhoon Tranche 3 döyüş təyyarəsi satın alır. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə BAE Systems şirkəti məlumat yayıb.

Təyyarələrin satın alınmasına dair Oman Müdafiə Nazirliyi il BAE Systems şirkəti arasında müvafiq müqavilə bağlanıb.

Tərəflər arasında sövdələşmənin məbləği açıqlanmayıb. Sazişin şərtlərinə görə, təyyarələrin tədarükü 2017-ci ildə başlayacaq.