26/01/2012 11:32

Oman Avropadan “Typhoon” alır

Oman hökuməti 12 ədəd “Eurofighter Typhoon” təyyarəsinin satın alınmasına dair Böyük Britaniyanın “BAE Systems” şirkətinə müraciət edib. ADN-in bildirdiyinə görə, bu barədə “Defense News” nəşri məlumat yayıb.

Britaniya şirkətinin məlumatına görə, “Tranche 3” standartlı təyyarələrin alqı-satqısına dair danışıqlar 2012-ci ilin sonunda başa çatacaq və yeni təyyarələrin çatdırılmasına isə müqavilə imzalanandan 36 ay sonra başlanacaq. Müqavilənin məbləği açıqlanmayıb.

Qeyd edək ki, Oman 2008-ci ilin sonundan Avropadan döyüş təyyarələrinin alınmasına maraq göstərir, ancaq hər hansı razılaşma imzalanmayıb. Bunun müqabilində 2010-cu ilin avqustunda Oman ABŞ-A 3,5 milyard dollar dəyərində 18 ədəd F-16 sifariş verib. Bu sifariş üzrə 12 təyyarə 2011-ci ilin dekabrında Omana çatdırılıb.