30/09/2019 12:52

Ombudsman aparatının nümayəndələri hərbi hissədə olublar

Müdafiə nazirin və İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) təsdiq etdikləri birgə plana əsasən hərbi hissədə şəxsi heyətlə görüş keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Ombudsman aparatının Hərbi qulluqçuların hüquqi müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və sektorun böyük məsləhətçisi Murad Babayev insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı mühazirələr oxuyub və şəxsi heyəti maraqlandıran sualları cavablandırıblar.