22/10/2018 16:32

Ombudsman aparatının nümayəndələri hərbi hissələri ziyarət ediblər

Müdafiə Nazirliyi ilə İnsan hüquqları üzrə müvəkkilin birgə planına əsasən Ombudsman aparatının nümayəndələri mühəndis-istehkam və kimya təyinatlı hərbi hissələri ziyarət ediblər.

Bu  barədə “AzeriDefence” Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ombudsman aparatının nümayəndələri Fəzail Həsənov və Murad Babayev hərbi qulluqçuların məişət şəraiti ilə tanış olub, onlarla rəftar və hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətini öyrənib və şəxsi heyəti maraqlandıran sualları cavablandırıblar. Aparatın əməkdaşları əsgər yataqxanaları, yeməkxanalar, tibb məntəqələri, məişət və digər inzibatı otaqlara baxış keçirərək qidanın və müalicə işinin keyfiyyəti, asudə vaxtın keçirilməsi üçün yaradılan şərait, şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan işi müsbət qiymətləndiriblər.