21/06/2019 18:33

Ön xəttə döyüş atışlı təlim məşqləri keçirilib – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən cəbhə bölgəsində yerləşən hərbi birlikdə döyüş atışlı təlim məşqləri keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Senariyə uyğun olaraq təlimlərə cəlb olunan motoatıcı, artilleriya, tank bölmələri, o cümlədən aviasiya vasitələri müxtəlif tapşırıqları, eləcə də şərti düşmən hədəflərinə döyüş atışlarını icra ediblər.