12/02/2018 16:43

“Otokar” “Altay” tankının istehsalı ilə bağlı tenderə ən yaxşı son təklifini verib

“Otokar” şirkəti Türkiyənin “Milli imkanlarla Müasir Tank İstehsalı Layihəsi” çərçivəsində “Altay” tankının istehsalı ilə bağlı elan edilmiş tendərə özünün ən yaxşı və ən son təklifini (BAFO) təqdim edib.

Bu barədə “AzeriDefence”yə “Otokar” şirkətindən məlumat verilib.

Məlumatda “Otokar”ın “Altay” tankının istehsalında milli yanaşması və milli istehsal imkanları xüsusi olaraq vurğulanıb. Şirkətin açıqlamasında qeyd olunub ki, Türkiyədə xarici ortağı olmayan yeganə hərbi nəqliyyat vasitələri istehsalçısı olan “Otokar” 2008-ci ildə “Altay” tankının dizayn, prototip və kalifikasiya müddətində əsas podratçı şirkət olaraq seçilib. İstehsal edilmiş prototiplərin kalifikasiya və qəbul testləri 2017-ci ilin fevral ayında müvəffəqiyyətlə tamamlanaraq, prototiplərin qəbul və təsdiqləri reallaşıb. Müdafiə Sənayesi Katibliyinin (SSM) 2017-ci ildə elan etdiyi tenderə noyabr ayında “Otokar” ilk təklifini verib.

“Otokar”ın baş direktoru Sərdar Görgüç bildirib ki, bu gün rəhbərlik etdiyi şirkət dünya nəhəngləri ilə rəqabət edir, beynəlxalq tenderlərdə qalib seçilir. Şirkətin istehsal etdiyi hərbi nəqliyyat vasitələri 30-dan çox ölkədə müvəffəqiyyətlə istifadə olunur.

“Podratçısı olduğumuz “Altay” milli tankımızın inkişaf layihəsində sahib olduğumuz bütün nou-haudan istifadə edərək texnologiyalarımızı “Altay”da tətbiq etdik. İstehsal etdiyimiz “Altay” prototipləri testləri müvəffəqiyyətlə tamamladı. Bu müddətdə etdiyimiz investisiya, əldə əldə edilən təcrübə və güclənən Ar-Ge qabiliyyətlərimiz, “Otokar”ın müdafiə sənayesindəki mövqeyinə strateji bir imkan qazandırdı. “Otokar” mühəndisinin, “Otokar” işçisinin ən böyük qüruru olan “Altay” tankının seriyalı istehsalı üçün, 100 faiz Türkiyə sərmayəli, xarici ortağı olmayan, milli xüsusiyyətdə tək namizəd firma olaraq vəzifəyə hazırıq”, – deyə S. Görgüç vurğulayıb.

“Altay”ın seriyalı istehsal müqaviləsinin imzalanması ilə birlikdə ən qısa zamanda ardıcıl istehsala keçə bilmək üçün bütün infrastruktur ehtiyaclarının və xəttlərin planlaşdırıldığını deyən Serdar Görgüç bildirib ki, “Otokar” SSM tərəfindən istənilən BAFO təklifini səmərəli, həqiqi və ən az risk ehtiva edəcək şəkildə təqdim edib: ““Otokar”ın təklifi Türkiyə Silahlı Qüvvələrinin təcili ehtiyac planına zamanında cavab verəcək şəkildə yaradıldı. Bu əsnada Türkiyənin müdafiə sənayesində yeni bir səhifə açacaq “Altay”ın seriyalı istehsalı üçün bütün hazırlıqlarımızı tamamladıq. Milli Müdafiə Nazirliyindən “İstehsal İcazəsi”ni aldıq. Onu da qeyd edim ki, “Otokar”ın xarici ortağının olmaması, daxildə olduğu kimi, beynəlxalq tenderlərdə də müstəqil olmamızı təmin edir. Bu xüsusiyyətimiz “Altay”ın ixracat potensialın milli tanklarımızın dost və müttəfiq birliklərdə iştirak etməsini asanlaşdırır”.