07/05/2018 15:24

“Otokar” “Cobra II”nin yeni kofiqurasiyasını təqdim edir

Türkiyənin “Otokar” şirkəti “Cobra” zirehli maşın ailəsinin yeni yük daşıyan konfiqurasiyasını “Efes 2018” təlimi çərçivəsində nümayiş etdirir.

“Otokar” şirkətindən “AzeriDefence”yə verilən məlumata görə, təlim çərçivəsində 35 müdafiə sənayesi şirkəti tərəfindən müdafiə sənaye sərgisi açılıb. “Otokar” bu sərgidə şirkətin mühəndisləri tərəfindən milli olaraq hazırlanan “Cobra II” zirehli yük maşının ilk dəfə nümayiş etdirir.

“Otokar” mütəxəssislərinin sözlərinə görə, “Cobra II” platforması üzərində çətin şəraitlərə və fərqli əməliyyat ehtiyaclarına uyğun hazırlanan “Cobra II” zirehli yük maşını “Cobra II” ilə eyni manevr imkanına sahibdir. Yüksək daşıma qabiliyyəti ilə diqqət çəkən yeni maşın 2,5 ton yük götürə bilir. Bu maşın yük daşınmasından başqa fərqli tapşırıqları da yerinə yetirir. Maşının üzərinə müxtəlif silah sistemlərinin qurulması mümkündür.

“Cobra II” zirehli yük maşının heyəti sürücü daxil 2 nəfərdir. Maşının dəmir, dəniz və havayolu kimi alternativ vasitələrlə daşınması mümkündür. Maksimum sürəti 110 km/saat təşkil edən maşının gediş ehtiyatı 700 km-dir.

“Cobra II” zirehli yük maşını 5,56 və 7,62 mm-lik silahlar və 120 mm-lik minaatanla təchiz oluna bilir.