08/05/2018 14:52

“Otokar” hərbi texnikalarını “Efes-2018” təlimində nümayiş etdirir

Türkiyənin “Otokar” şirkəti zirehli maşınlarını 7-11 may tarixlərində İzmir şəhərində keçirilən “Efes 2018” təlimində nümayiş etdirir.

Bu barədə “AzeriDefence”yə “Otokar” şirkətindən məlumat verilib.

Bildrilib ki, “Otokar” sərgidə üstün hərəkət qabiliyyətinə, ballistik və minaya qarşı yüksək qoruma imkanlarına sahib 6 ədəd zirehli nəqliyyat vasitəsini Türkiyə Silahlı Qüvvələri ilə yanaşı təlimə qatılan 19 ölkənin nümayəndələrinə tanıdır. Təlimdə “Otokar”ın istehsalı olan “Cobra” zirehli maşını xüsusi olaraq rol alcaq. Havada daşına biləcək bütün imkanlara sahib “Cobra” təlimdə helikopterlə daşınacaq.

“Otokar” sərgidə “Arma” 6×6 və “Arma” 8×8 təkər formuluna malik zirehli maşınlarını, “Cobra” və “Üçok” qülləsi ilə silahlandırılmış “Cobra II” zirehli maşınları ilə yanaşı döyüş meydanında tanklara atəş dəstəyi üçün nəzərdə tutulan “Tulpar” piyada döyüş maşınını sərgiləyir. Bundan başqa “Otokar” şirkəti “Efes 2018” təlimində ilk dəfə “Cobra” zirehli maşın ailəsinin yeni “Cobra II” yük daşıyan konfiqurasiyasını nümayiş etdirir.