17/05/2018 14:28

“Otokar” IDEB-2018 sərgisində “Cobra II” zirehli maşının nümayiş etdirir

Türkiyənin “Otokar” şirkəti Slovakiyanın paytaxtı Bratislavada keçirilən IDEB-2018 müdafiə sənayesi sərgisində yüksək qoruma və hərəkət qabiliyyəti ilə önə çıxan “Cobra II” zirehli maşının nümayiş etdirir.

Bu barədə “AzeriDefence”yə “Otokar” şirkətindən məlumat verilib.

“Otokar”ın 30 mindən çox hərbi texnikasının Asiya, Yaxın Şərq, Afrika, Mərkəzi Avropa kimi dünyanın müxtəlif nöqtələrində istifadə edildiyini bildirən şirkətin baş direktoru Sərdar Görgüç 30 ildən çox təcrübələri ilə istifadəçilərin istəklərini təhlil etdiklərini qeyd edib: “Mühəndislik bacarığımız və Ar-Ge imkanlarımız ilə istehsal etdiyimiz zirehli texnikalarımız beynəlxalq arenada hər keçən gün yeni uğurlar əldə edir. IDEB-2018 sərgisində nümayiş etdirdiyimiz “Cobra II” Türkiyə Silahlı Qüvvələri, təhlükəsizlik qüvvələri ilə yanaşı xaricdə uğurla xidmət göstərir. Orijinal məhsullarla yanaşı sektordakı mövqeyini texnoloji “know-how” ixracı ilə fərqli bir nöqtəyə aparana “Otokar” qlobal miqyaslı müdafiə şirkətləri arasındakı mövqeyini hər keçən gün daha da yuxarı səviyyəyə qaldırır”.

Dünyanın 5 qitəsində 30-dan çox ölkəyə məhsulların ixrac edildiyini bildirən Sərdar Görgüç beynəxalq arenada əldə etdikləri uğurların onlara yeni uğurlar əldə edilməsinə motivasiya rolu oynadığını vurğulayıb: “Hər keçən il daha geniş bir coğrafi məkanda fəal olan milli bir şirkət olaraq, Slovakiya və regionda ixrac imkanlarını yaxından təqib edirik. IDEB, yeni əməkdaşlıqları inkişaf etdirmək, regionda varlığımızı qüvvətləndirmək üçün əhəmiyyətli bir tədbirdir. Sərgi müddətində mövcud partnyorlarımızla olan əməkdaşlıqlarımızı inkişaf etdirərək “Cobra II” başda olmaqla geniş məhsul potensialımızı istifadəçilərə tanıtdıracağıq”.

Qeyd edək ki, “Cobra II” zirehli avtomobili 9 personal daşıyır. Maşın fərqli tapşırıqlar üçün modulyar dizayna malikdir. 4×4 təkər formuluna sahib “Cobra II” maşınları mina, improvizə edilmiş partlayıcılar və balistik təhdidlərə qarşı üstün qorumanı təmin edir. Maşının döşəməsi heyəti piyada və tank əleyhinə minaların partlamasından mühafizə edir. Daxildə qurulmuş xüsusi oturacaqlar mina partlayıışı zamanı təsiri azaldaraq heyətin xəsarət almasını önləyir. Polad zirehli döşəməyə əlavə olaraq ekipaj bölməsinin döşəməsində minanın təsirini udan kompozit materiallardan ikinci qat balistik qoruma artırılıb. “Cobra II”nin içi minaya qarşı güclü qorumanı təmin edir. Zirehli transportyorun kiçik ölçülü akustik və termal izi onun düşmən tərəfindən təsbit edilməsini çətinləşdirir.