31/03/2017 13:23

“Otokar” istehsal etdiyi “Cobra II”ləri sifarişçiyə təhvil verib

“Otokar” şirkətinin Türkiyənin Əmniyyət Baş İdarəsi üçün istehsal etdiyi 20 ədəd “Cobra II” transportyoru sifarişçiyə təhvil verilib.

“AzeriDefence”nin məlumatına görə bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi “Twitter” səhifəsində bildirilib.

Yüksək qoruma səviyyəsi, geniş daxili bölməsi və yüksək manevr qabiliyyətinə sahib “Cobra II” zirehli maşınları Əmniyyət Baş İdarəsinin terrorla mübarizə aparan hissələrin istifadəsi üçün nəzərdə tutulub.

“Cobra II” zirehli avtomobili 9 personal daşıyır.

Maşın fərqli tapşırıqlar üçün modulyar dizayna malikdir. 4×4 təkər formuluna sahib “Cobra II” maşınları mina, improvizə edilmiş partlayıcılar və balistik təhdidlərə qarşı üstün qorumanı təmin edir.