28/11/2019 19:28

“Otokar” Qazaxıstanda yerli şirkətini qurub

Türkiyənin “Otokar” şirkəti Qazaxıstanda “Otokar Central Asia Limited” adlı yerli şirkətini qurub.

Bu barədə “AzeriDefence”yə “Otokar” şirkətindən məlumat verilib.

Bu gün Qazaxıstanın Baş naziri Askar Mamin “Otokar Central Asia Limited” şirkətin təsis sənədini “Otokar” İdarə Heyətinin sədr müavini Əli Y. Koça təqdim edib.

“Otokar” Nur-Sultan şəhərindəki AIFC (“Astana International Financial Center”) mərkəzində qurduğu “Otokar Central Asia Limited” şirkəti ilə başda Qazaxıstan olmaqla Orta Asiya bölgəsində mövcud və potensial istifadəçilərə yaxın olmağı və bölgədəki satışlarını artırmağı hədəfləyir.