16/10/2012 08:34

Otokar və Kazakhstan Engineering zirehli maşınların istehsalına dair müqavilə imzalayıb

Türkiyənin Otokar şirkəti Qazaxıstanın Kazakhstan Engineering şirkəti ilə bu ölkədə zirehli nəqliyyat vasitələrinin istehsalına dair niyyət protokolu imzalayıb. Bu barədə “AzeriDefence” Türkiyə mətbuatına istinadən məlumat verib.

Sənəd oktyabrın 12-də İstanbulda Türkiyə-Qazaxıstan İnvestisiya və Ticarət Forumu çərçivəsində imzalanıb.

Otokar şirkətinin baş direktoru Sərdar Görgüc və Kazakistan Engineeringin rəhbəri Bolat Sumagulovun imzaladığı sənəd Qazaxıstan Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq məqsədi ilə cari ilin may ayında Astanada imzalanmış anlaşmanın davamıdır.

Qeyd edək ki, hazırda Otokar tərəfindən istehsal edilmiş 25 mindən artıq hərbi nəqliyyat vasitəsi dünyanın 30-a yaxın ölkəsində istifadə olunur.