31/07/2018 14:25

“Otokar” xaricdən daha bir sifariş aldı

Türkiyənin “Otokar” şirkəti Asiyanın adı açıqlanmayan ölkəsindən təkərli zirehli maşınların çatdırılmasına dair sifariş alıb.

Bu barədə “AzeriDefence”yə “Otokar” şirkətindən məlumat verilib.

Ümumi məbləği 28,9 milyon ABŞ dolları təşkil edən sifarişə 4×4 təkər formuluna malik zirehli maşınlarla yanaşı onların ehtiyyat hissələri və təlim xidmətləri daxildir.

Zirehli nəqliyyat vasitələrinin tədarükünün 2019-ci ilin ilk rübünə qədər başa çatdırılması planlaşdırılır.

“Otokar” şirkətinin baş direktoru Sərdar Görgüc bildirib ki, bu yeni sifariş bundan əvvəl “Otokar”ın zirehli maşınlar ixrac etdiyi bir Asiya ölkəsindən alınıb: “Müştərimizin Birləşmiş Millətlər Təşkilatının xidmətlərində istifadə edərək yoxladığı və razı qaldığı maşınlarımız yeni sifariş üçün əsas olub. Ona görə də,  həmin ölkə müxtəlif tiplərdə təkərli zirehli maşına olan ehtiyaclarını qarşılamaq üçün “Otokara”a üstünlük verdi”.