26/02/2018 20:51

“Otokar” zirehli maşınlarını beynəlxalq sərgidə nümayiş etdirir

Türkiyənin “Otokar” şirkəti 25 fevral- 3 mart tarixlərində Ər-Riyadda keçiriləcək “AFED-2018” sərgisində “Cobra II” və “Arma 8×8″ zirehli maşınlarıını nümayiş etdirəcək.

Bu barədə “AzeriDefence”yə “Otokar” şirkətindən məlumat verilib.

Nəqliyyat vasitələrini 30-dan çox ölkəyə ixrac etdiklərini deyən “Otokar” şirkətinin baş direktoru Sərdar Görgüç bildirib ki, 50-dən çox istifadəçi “Otokar”ın zirehli döyüş maşınlarından fəal şəkildə istifadə edir: “Zirehli maşınlarımızla əldə etdiyimiz praktik təcrübələr, gələcək istifadəçilərimizin istəklərinə uyğun məhsullarımızı inkişaf etdirməyimizə və yeni tip nəqliyyat vasitələrinin ixracı üçün bizə imkan yaradır”.

S.Görgüc qeyd edib ki, Körfəz ölkələri “Otakar”ın hədəf bazarları arasında yer alır: “Körfəz regionunda hərbi maşınlarımız uğurlu şəkildə xidmət göstərirlər. 2016-cı ildə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qurduğumuz “Otokar Land Systems” şirkəti Körfəz regionu başda olmaqla digər xarici iş birliyini gücləndirməyi, yeni bazarlara açılmağı və satışlarımızı artırmağı hədəfləmişdik. Bu yolda ilk addım “Tawazun” şirkəti ilə birgə qurduğumuz “Al Jasoor” şirkətinin BƏƏ Ordusunun ehtiyaclarını qarşılamaq üçün 8×8 təkər formuluna malik zirehli maşınların alığı-satqısına dair müqavilənin imzalanması oldu”.

Bildirilib ki, “Otakar” şirkətinin sərgidə nümayiş etdirəcəyi “Cobra II” zirehli maşınları yüksək qoruma səviyyəsi, geniş daxili bölməsi və yüksək manevr qabiliyyətinə sahibdir. 2013-cü ildə “Otokar” şirkəti məhsulları sırasına daxil olan “Cobra II” zirehli maşınları daşıma səviyyəsi və yığcam platforması ilə seçilir. 9 nəfər daşıma qabiliyyəti olan zirehli maşını ən çətin iqlim şəraitlərində belə yüksək manevr etmə bacarıqlıdır. Hazırda “Cobra II” Türkiyə Silahlı Qüvvələri və təhlükəsizlik orqanlarında fəal istifadə edilir.

Sərgidə təqdim olunacaq “Arma” 8×8 təkər formuluna malik transportyor isə üstün manevr qabiliyyəti, minaya qarşı yüksək qoruması, güclü balistik müdafiə qabiliyyəti ilə sinfindəki digər bənzər texnikalardan fərqlənir. Bu maşın orta və böyük kalibrli silahların inteqrasiyası üçün də uyğundur. Həmçinin “Arma 8×8″ transportyoru tank əleyhinə və orta yüksəklikdə uçan obyektlər əleyhinə raketlər ilə təchiz oluna bilir. “Arma 8×8” döyüş ağırlığı və geniş daxili həcmi ilə diqqət çəkir. Ən çətin ərazi və iqlim şərtlərində əməliyyatlarda istifadı oluna bilən “Arma”nın fərqli konfiqurasiyaları mövcuddur. Maşın 7.62 mm-dən 105 mm-ə qədər müxtəlif çaplı silah sistemləri ilə təchiz oluna bilir.