09/04/2018 22:14

“Otokar” zirehli maşınlarını LAAD-2018 sərgisinə çıxaracaq

Türkiyənin “Otokar” şirkəti 10-12 aprel tarixlərində Braziliyanın Sao Paulo şəhərində keçiriləcək LAAD-2018 beynəlxalq müdafiə və təəhlükəsizlik texnologiyaları sərgisində zirehli maşınlarını və qüllə sistemlərini nümayiş etdirəcək.

Bu barədə “AzeriDefence”yə “Otokar” şirkətindən məlumat verilib.

“Otokar” dizaynı və istehsalı olan hərbi nəqliyyat vasitələrinin 5 qitədə 30-dan artıq ölkədə aktiv istismar olunduğunu deyən şirkətin baş direktoru Sərdar Görgüç bildirib ki, 30 000-dən artıq “Otokar” nəqliyyat vasitəsi 50-dən çox istifadəçinin invertarında yer alır: “Otokar” bu günün və gələcəyin təhdidlərinə qarşı hazırladığı və istehsal etdiyi geniş məhsul çeşidləri ilə müdafiə sənayesindəki mövqeyini hər ötən gün daha da qüvvətləndirir.

Hazırda bu bölgədə uğurla istismar olunan vasitələrimiz, bizə regionun ehtiyaclarına cavab vermək istiqamətində mühüm təcrübə qazandırıb. Sərgi müddətində mövcud istifadəçilərimizlə iş birliyimizi inkişaf etdirməklə yanaşı geniş məhsul çeşidlərimizi potensiallı istifadəçilərə tanıtma fürsəti əldə edəcəyik”.

S.Görgüç NATO və Birləşmiş Millətlər Təşkilatının tədarükçüsü olan “Otokar” şirkətinin Latın Amerikasındakı dost və müttəfiq ölkələrin ehtiyaclarının qarşılamaq üçün modern imkanlara sahib ən yaxşı maşınları istehsal etmək üçün hazır olduğunu qeyd edib.