02/04/2018 17:38

“Otokar” zirehli maşınlarını Latın Amerikasında nümayiş etdirir

Türkiyənin “Otokar” şirkəti 3-8 aprel tarixlərində Çilinin Santiaqo şəhərində keçiriləcək FIDAE 2018 müdafiə və təhlükəsizlik sərgisində zirehli maşınlarını və qüllə sistemlərini nümayiş etdirəcək.

Bu barədə “AzeriDefence”yə “Otokar” şirkətindən məlumat verilib.

“Otokar” dizaynı və istehsalı olan hərbi nəqliyyat vasitələrinin 5 qitədə aktiv istismar olunduğunu deyən şirkətin baş direktoru Sərdar Görgüç bildirib ki, müdafiə sənayesi sektorunda Latın Amerika regionu “Otokar”ın hədəf bazarı arasında yer alır: “FIDAE 2018 sərgisini Latın Amerika bazarında imkanlarımızı artırmağımız üçün yaxşı bir fürsət kimi dəyərləndiririk. Bu istiqamətdə Çili başda olmaqla Argentina, Braziliya, Kolumbiya, Peru kimi region ölkələrə “Otokar”ı, imkanlrımızı və geniş məhsul ailəmizi tanıdacağıq. Hazırda bu bölgədə uğurla istismar olunan vasitələrimiz, bizə regionun ehtiyaclarına cavab vermək istiqamətində mühüm bilik və təcrübə qazandırıb. Bu bazardakı istifadəçilərin istəklərini qarşılama mövzusundakı ən böyük nəaliyyətimiz bu məlumat təcrübəmiz olacaq”.

Nəqliyyat vasitələrini 30-dan çox ölkəyə ixrac etdiklərini deyən S.Görgüç bildirib ki, 50-dən çox istifadəçi “Otokar”ın zirehli döyüş maşınlarından fəal şəkildə istifadə edir: “Müdafiə sənayesində quru sistemləri sahəsində hər cür ehtiyaca cavab verən geniş məhsul çeşidimiz ilə müasir ordulara fərqli konfiqurasiyalarda avadanlıqlar təklif edə bilirik”.

Baş direktor qeyd edib ki, “Altay” milli əsas müharibə tankının 1-ci layihəsinin baş potratçısı olan “Otokar” eyni zamanda qeydə alınmış NATO və Birləşmiş Millətlər Təşkilatının təchizatçısıdır. S.Görgüç şirkətin hədəfinin müasir orduların ehtiyacları istiqamətində ehtiyaclara cavab verən, yüksək texnologiyaya malik ən yaxşı vasitələri istehsal etmək olduğunu deyib.