27/09/2014 06:53

“Otokar”a xaricdən daha bir sifariş

Türkiyənin “Otokar” şirkəti xarici müştəridən təkərli taktik zirehli maşınların çatdırılmasına dair sifariş alıb. “AzeriDefence”nin xəbərinə görə, bu barədə “Otokar” şirkəti məlumat yayıb.

Ümumi məbləği 9,9 milyon ABŞ dolları təşkil edən sifarişə təkərli taktik zirehli maşınlar və onların ehtiyat hissələrinin çatdırılması daxildir.

Sifarişçiyə maşınların çatdırılması 2014-cü il içində tamamlanacaq.