11/05/2017 23:45

“Otokar”ın pik-up “Ural”ı -FOTO

Türkiyənin “Otokar”şirkəti “Ural” zirehli avtomobilinin pik-up versiyasını IDEF-2017 sərgisində ilk dəfə nümayiş etdirib.

“AzeriDefence”nin məlumatına görə, maşın təhlükəli və riskli bölgələrdə yerləşən bölmələrə yanacaq, qida və suyun nəqli üçün işlənib hazırlanıb.

Maşının zirehli kabinəsi heyətin güllələrdən mühafizəsini təmin edir.

Bir sürücü və bir komandirin yer aldığı maşının üzərində 360 dərəcə bucaq altında fırlanan silah qülləsi yer alır.

Maşının yük bölməsi xüsusi sabitləşdirici mexanizmlərlə və sürətli dəyişdirilə biləcək şəkildə dizayn edilib.

Pik-up “Ural” gələcəkdə mobil minaatan kompleksləri üçün də uyğun hesab olunur.