11/09/2018 17:48

Özbəkistan ABŞ-dan RQ-11B “Raven” mini PUA alıb

Özbəkistan Silahlı Qüvvələri ABŞ-ın “AeroVironment Inc” şirkətinin istehsalı olan RQ-11B “Raven” mini pilotsuz uçuş aparatları alıb.

“AzeriDefence”nin məlumatına görə, Öbəkistan Müdafiə Nazirliyinin saytında yayımlanmış fotolarda PUA görüntülənib.

Bu ABŞ istehsalı olan PUA-nın Özbəkistan Silahlı Qüvvələrində ilk nümayişidir. Fotolardan göründüyü qədər RQ-11B “Raven” PUA-ı Özbəkistan xüsusi təyinatlılarının silahlanmasındadır.

RQ-11B “Raven” PUA-nın qanad açıqlığı 1372 mm, uzunluğu 915 mm, çəkisi 1906 qramdır. Aveox 27AV markalı elektrik mühərriklə təchiz edilmiş PUA-nın sürəti 30 km/saat, uçuş uzaqlığı 10 km, havada qalma müddəti 90 dəqiqəyədəkdir.